Azərbaycanda tutulan təriqətçilər – Sunqurçular kimlərdir? – DOSYE | VİDEO

Azərbaycanda tutulan təriqətçilər – Sunqurçular kimlərdir? – DOSYE | VİDEO
  15 Aprel 2014    Oxunub:2524
Bazar günü Yasamaldakı mənzildə 41 nəfər dini təriqət üzvü tutuldu. Rəsmi məlumatda onların “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanına mənsub olduğu deyilirdi. Bəs sinqurçuluq nədir?

Təriqətin əsasını ilahiyyatçı Mustafa Sunqur qoyub. `Risaleyi-Nur` külliyyatının müəllifi Səid Nursinin davamçılardan olan (Fətullah Gülən kimi) Mustafa Sunqurun tez-tez Azərbaycana gəldiyi də deyilir. Tərəfdarları ona «Sunqur abi» deyirlər. Sunqurçular xüsusilə Şəki, Quba və digər bölgələrdə çox aktivdir. Çox vaxt fətullahçılardan ayrı olduğu barədə fikirlər səslənsə də, Mustafa Sunqurun «Fətullah Güləni görəndə Həzrəti İsanı xatırlayıram» fikri bunun belə olmadığını təsdiqləyir.

Başqa bir çıxışında isə Mustafa Sunqur “Ustadımızın (yəni Nursinin – red.) davasını Xocaəfəndi (yəni Fətullah Gülən – red.) davam etdirir” deyib. Bu sitat sunqurçuların nurçularla eyni ideoloji mənbəyə bağlı olduğunu təsdiqləyir. Amma onların maliyyə mənbələri fərqlidir.

Bəzi iddialara görə, sinqurçular İslamı Qurandan yox, Səid Nursinin kitablarından öyrənirlər. Onu ilahi vəhy sayır və ayrı mənbələrdən istifadə etmirlər.

Mediada yer alan məlumatlarda Mustafa Sinqurun öz ideyalarını təbliğ etmək üçün Azərbaycana külli miqdarda nağd pul keçirdiyi iddia olunub.

Mustafa Sunqurun özü 2012-ci il dekabrın 1-də dünyasını dəyişsə də, göründüyü kimi, başlatdığı hərəkat davam etməkdədir.

AzVision.az




Teqlər:  





Xəbər lenti